Dünya

“Gürcü Arzusu”nun prezident seçkilərində Salome Zurabişvilini dəstəkləyəcəyi ehtimalı artır

ürcüstanın hakim "Gürcü Arzusu” Partiyasının prezident seçkilərində iştirak edəcək müstəqil namizəd Salome Zurabişvilini dəstəkləyəcəyi ilə bağlı ehtimallar artıb. 

 

kanal14.az APA-ya intinadən xəbər verir ki, hakim partiyanın üzvü Eka Beselia bildirib ki, S. Zurabişvilinin şansı çox yüksəkdir. Onun fikrincə, S. Zurabişvili çox təcrübəli siyasətçidir: "O, bir sıra siyasi çətinliklərdən keçib. Siyasətçi xanım təhlükəli, çətin və məsuliyyətli dövrlərdə aparıcı vəzifələr tutub”.
 

E. Beselia əlavə edib ki, S. Zurabişvili artıq Fransa vətəndaşlığından imtina etmək üçün bu ölkənin Gürcüstandakı səfirliyinə müraciət edib. 
 

Qeyd edək ki, S. Zurabişvili 2004-2006-cı illərdə Gürcüstanın xarici işlər naziri olub. O, 2003-cü ildə Gürcüstanın Fransadakı səfiri, daha sonrakı illərdə "Gürcüstan Yolu” Partiyası və "Salome Zurabişvilinin İctimai Hərəkatı”nın lideri olub. İkili vətəndaşlığa görə, o, əslində prezident seçkilərində iştirak hüququna malik deyil. 
 

 

Gürcüstanda prezident seçkiləri bu ilin oktyabrında keçiriləcək