İdman

Neymar Fransaya qayıdır

Neymar Fransaya qayıdır

Fransanın PSJ klubunun futbolçusu Neymarın sözügedən ölkəyə qayıdacağı tarix məlum olub.

Kanal14.az "LEquipe" nəşrinə istinadən xəbər verir ki, braziliyalı hücumçu bu gün Parisdə olacaq.

Onun 1 həftəlik karantindən sonra iyunun 22-də komanda ilə birlikdə məşqlərdə iştirak edəcəyi bildirilib.

Qeyd edək ki, 28 yaşlı forvard koronavirus pandemiyası ilə bağlı yaranmış fasilədə ölkəsinə yollanmışdı. Fransa Liqa 1-də cari mövsüm ləğv olunub, PSJ isə çempion elan edilib.