Gündəm / İdman

"Neymar "Real"a keçəcək" - klub prezidenti


Braziliyanın "Santos" klubunun prezidenti Xose Karlos Peres sabiq oyunçuları Neymarın gələcəyi haqda danışıb.

Kanal14.az qol.az-a istinadən xəbər verir ki, o, 27 yaşlı futbolçunu "Real"da görmək istədiyini bildirib:

"Ümid edirəm ki, Neymar "Real"a keçəcək. Bu, onun üçün ən yaxşı yerdir. "Barselona"nı tərk etməsi doğru addım deyildi. Həmin vaxt o, oyunçu kimi inkişaf edirdi. Klub dəyişikliyindən sonra isə uğur qazana bilmədi. Mən "Real" azarkeşiyəm. Bu klubda hər şey idealdır. Əgər Neymar "Real"ın formasını geyinmək şansı qazansa, iki dəfə düşünməməlidir".

Qeyd edək ki, 2 il öncə "Barselona"dan 222 milyon avro qarşılığında PSJ-yə keçən Neymar "Santos"un yetirməsidir. O, 2009-2013-cü illərdə ölkəsinin əsas komandasında çıxış edib.