Hadisə

74 yaşlı kişini maşın vurdu

 74 yaşlı kişini maşın vurdu

Şəkidə 74 yaşlı kişini avtomobil vurub.

Kanal14.az "Qafqazinfo”nun məlumatına əsasən bildirir ki, hadisə bu gün axşam saatlarında Şəki şəhərinin giriş hissəsində qeydə alınıb.

Şəki rayon Kiçik Dəhnə kənd sakini, 1946-cı il təvəllüdlü Fazil Əhmədiyyə oğlu Cabbarov yolu keçmək istəyərkən "VAZ-2104” markalı avtomobil tərəfindən vurulub. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Xəstəxanadan verilən məlumata görə, F. Cabbarovun müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.