Hadisə

74 yaşlı qadını maşın vurdu

74 yaşlı qadını maşın vurdu

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Salyanda yol-nəqliyyat hadisəsi baş verib. 

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə axşam saatlarında şəhərin 4 saylı tam orta məkətbin yaxınlığında qeydə alınıb. 

 

Hərəkətdə olan "VAZ 2107” markalı maşın yolu keçmək istəyən rayon sakini, 1945-ci il təvəllüdlü Süleymanova Rəxşəndə Firudin qızını vurub. Sürücü dərhal vurduğu qadını Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.