Hadisə

Fukusimada partlayış baş verdi

Fukusimada partlayış baş verdi

Yaponiyanın Fukusima prefekturasında partlayış baş verib.

Kanal14.az-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə NHK telekanalı məlumat yayıb.

Hadisə nəticəsində azı 11 nəfər yaralanıb.

 

Dalğanın gücündən Koriyama şəhərində kiçik bina dağılaraq yaxınlıqdakı tikililərə də xəsarət yetirib.

İlkin məlumata əsasən, partlayışa səbəb restoranda baş verən qaz sızması olub.

Yaxınlıqda yerləşən bankın müştəri və işçilərinin də xəsarət aldığı qeyd olunur. Hadisə ilə əlaqədar ofisin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.