Hadisə

Şəkidə çörək sexində partlayış olub, xəsarət alan var

Şəkidə çörək sexində partlayış olub, xəsarət alan var
 
 
 
 
 
 

 
 
 
 
 
 
 
 
 
Şəkidə çörək sexində partlayış baş verib. Hadisə günorta saatlarında Şəki şəhəri 20 yanvar küçəsində fəaliyyət göstərən, ümumi sahəsi 1500 kvadrat metr olan çörək sexində qeydə alınıb.

İlkin məlumata görə, partlayış nəticəsində çörək sexində çalışan 1961-ci il təvəllüdlü Məlahət Məmmədova yanıq xəsarətləri alıb, yaralı Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Partlayışa qaz sızmasının səbəb olduğu bildirilir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəki Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib.

Aidiyyəti qurumlar tərəfindən hadisə yerində araşdırma aparılır.(APA)