Hadisə

Güclü külək Şəmkirdə bir sıra fəsadlar törədib - FOTO

Güclü külək Şəmkirdə bir sıra fəsadlar törədib -

Şəmkirdə güclü küləkl fəsadlar törədib.

Kanal14.az Metbuat.az-a istinadən xəbər verir ki, ötən gecə Şəmkir rayonu ərazisində güclü küləklə müşahidə olunan leysan yağıb. Nəticədə bəzi yaşayış məntəqələrində təsərrüfata ciddi ziyan dəyib. Təbii fəlakətdən ən çox zərər çəkən rayonun Səbət Bazarı, Qaracəmirli, Qapanlı, Yeniabad və Təzəkənd kəndləridir. Belə ki, güclü külək adıçəkilən kəndlərdə ağacları aşırıb, elektrik və rabitə xətlərini qırıb, evlərin və bəzi tikililərin dam örtüyünü uçurub. Həmçinin istixanalar və meyvə-tərəvəz məhsulları yararsız hala düşüb. Bəzi kəndlərə elektrik enerjisinin verilişi dayandırılıb.

Hazırda Rayon İcra Hakimiyyətinin (RİH) əməkdaşları təbii fəlakətdən zərər çəkən kəndlərdə araşdırma aparır və əhaliyə dəymiş ziyanı hesablayır.

RİH-dən bildirilib ki, ilkin hesablamalara görə, güclü külək rayonun 24 yaşayış məntəqəsində fəsadlar törədib. Bu istiqamətdə hesablamalar davam etdirilir.