Külək bu dəfə sağlam ağacları aşırıb - Açıqlama
Xəbər verdiyimiz kimi, dünən Bakı və Abşeron yarımadasında güclü külək baş verib. Bunun nəticəsində şəhərdə fəsadlar yaranıb.
Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov "Yeni Sabah”a açıqlamasında bildirib ki, əgər bu gün də küləyin sürəti artarsa, yenə fəsadlar baş verə bilər.
"Bizdə olan məlumata görə güclü külək dünən 10-dan çox ağacı kökündən qoparıb. 40-dan çox ağacın da budaqları sınıb. 8 avtomobil isə ağacların altında qalaraq zərər görüb.
Maraqlısı da odur ki, mən dünən qopan ağaclara nəzər saldım və müşahidə etdim ki, qırılan ağacların əksəriyyəti sağlam ağaclardır”.