Hadisə

Yevlaxda maşın aşdı, ölən var

Yevlax rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, DİN-dən verilən məlumata görə, sentyabrın 5-də saat 1 radələrində Yevlax rayonu ərazisində Meyvəli kənd sakini Səməndər Heydərov idarə etdiyi "VAZ-21214” markalı avtomobili aşırıb. Nəticədə xəstəxanaya yerləşdirilmiş S.Heydərovun sərnişini, həmkəndlisi Sadıx Heydərov sentyabrın 6-da orada ölüb.

 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.