Hadisə

Beyləqanda yol qəzası - Sürücü öldü

Beyləqan rayonunun Eyvazalılar kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

kanal14.az Trend-ə istinadən xəbər verir ki,DİN-dən  verilən məlumata görə, sentyabrın 5-də saat 17 radələrində Beyləqan rayonunun Eyvazalılar kəndi ərazisində Ağdam rayon sakini Ziyadxan Bağırov idarə etdiyi "VAZ-21099” markalı avtomobili aşırıb və nəticədə sürücü hadisə yerində ölüb.

 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.