Hadisə

Qazaxda avtomobillə vurulan piyada xəstəxanada keçinib

Qazax rayonunun Qazaxbəyli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, DİN-dən  verilən məlumata görə, sentyabrın 5-də saat 23 radələrində Qazax rayonunun Qazaxbəyli kəndi ərazisində Orta-Salahlı kənd sakini Turxan Nəzərov idarə etdiyi "VAZ-2106” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Əlövsət Nəsibovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

 

Qazax RPŞ tərəfindən araşdırma aparılır.