Hadisə

Bakıda 4 otaqlı ev yanıb

Bakıda 4 otaqlı ev yanıb
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 

Bakının Binəqədi rayonunda güclü yanğın baş verib.

Kanal14.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə ümumi sahəsi 100 kv/m olan evdə qeydə alınıb.

Yanğın nəticəsində birmərtəbəli 4 otaqlı ev yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.