Hadisə

Suraxanıda 4 otaqlı ev yanıb

http://olke.az/uploads/1547961156/yan.jpeg
 
Bakıda 4 otaqlı ev yanıb.

"Kanal14.az” FHN-nin saytına istinadən xəbər verir ki, hadisə şəhərin Suraxanı rayonunda qeydə alınıb. Nəticədə ümumi sahəsi 110 m² olan birmərtəbəli 4 otaqlı evin 2 otağının və dam örtüyünün yanar konstruksiyaları 45 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.