Hadisə / Dünya

Çində alüminium zavodunda partlayış: ölənlər var

Çində alüminium zavodunda partlayış baş verib.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, hadisə Szyansu vilayətinin Usi şəhərində qeydə alınıb.

Partlayış nəticəsində sexlərdən biri tamamilə dağılıb, 5 nəfər ölüb, bir nəfər xəsarət alıb.

 

Yaxınlıqdakı binaların şüşələri sınıb.

İnsidentin səbəbləri araşdırılır. Ərazidə axtarış-xilasetmə işləri aparılır.