Hadisə / Dünya

Bağdadda partlayış - 3 ölü

İraqın paytaxtı Bağdadın şərqində partlayış baş verib.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 3 nəfər həlak olub.

 

Daha 4 nəfərin yaralandığı məlumat verilir. Hazırda hüquq-mühafizə orqanları partlayışın səbəblərini araşdırır.

Hadisənin terror aktı olması istisna olunmur.