Hadisə

Həyətdəki ağacdan özünü asaraq intihar etdi-Azərbaycanda

 
 
 
 
 
 
 
 
Sabirabad sakini intihar edib. 
Kanal14.az  xəbər verir ki, hadisə Sabirabad rayonunun Kürkəndi kəndində baş verib. 
İlkin məlumata görə, kənd sakini, 1985-ci il təvəllüdlü Əsədov Qismət Gülağa oğlu həyətdəki ağacdan özünü asaraq intihar edib. 
Onun asılı qalan meyiti yaxınları tərəfindən aşkarlanıb. 
Hadisə ilə bağlı məlumat verilən kimi hüquq-mühafizə orqanları deyilən ünvana gəlib. 
Əraziyə baxış keçirilib. Sonra meyit müayinə olunmaq üçün məhkəmə-tibbi ekspertizaya göndərilib. 
İntiharın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. 
Faktla bağlı araşdırma aparılır./News24.az