Hadisə / Dünya

Qırğızıstanda 12 nəfər Sibir xorası şübhəsi ilə xəstəxanaya yerləşdirilib

Qırğızıstanda 12 nəfər Sibir xorası şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, həmin şəxslərin məhz bu xəstəliyə tutulması laboratoriya müayinəsindən sonra məlum olacaq.

Qırğızıstanın Səhiyyə Nazirliyinin məlumatına əsasən, onların profilaktik müalicəsi davam etdirlir.

 

Qeyd edək ki, bu ilin iyun ayında Qırğızıstanda xəstə heyvanın ətinin kəsilməsində iştirak etmiş 11 nəfərdə Sibir xorası aşkar edilmişdi.

Son on il ərzində isə ölkədə 190 Sibir xorasına yoluxma halı qeydə alınıb.