Hadisə / Dünya

Meşə yanğınlarının söndürülməsi zamanı 4 yanğınsöndürən həlak olub

ABŞ-ın Kaliforniya ştatının şimalında meşə yanğınlarının söndürülməsi zamanı 4 yanğınsöndürən həlak olub.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ştatın meşə yanğınlarından mühafizə xidməti xəbər yayıb.

Qeyd edək ki, ötən həftə ştatın qubernatoru Cerri Braun Orinc və Riversayd dairələrində fövqəladə vəziyyət elan edib.