Hadisə

3 min insan didərgin düşdü - SƏBƏB meşə yanğınları

İspaniyanın şərqindəki Valensiya əyalətində tüğyan edən meşə yanğınları ilə əlaqədar təxliyə olunan şəxslərin sayı 3 minə çatıb.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, yanğın zonasında min hektardan çox meşə sahəsi yanıb. Meşə zolağına yaxın ərazidə 20 evin külə döndüyü bildirilir.

 

Yanğının söndürülməsinə 600 yanğınsöndürənin, 25 aviatexnikanın cəlb edildiyi qeyd olunub.