Hadisə

Lerik rayonunun Günəşli kəndi yaxınlığın

Lerik rayonunun Günəşli kəndi yaxınlığında meşəlik ərazidə (mürəkkəb relyefli yüksək dağ massivi) yanğın baş verib.

kanal14.az Trend-ə istinadən xəbər verir ki,  FHN-dən verilən məlumata görə, yanğının söndürülməsi işlərinə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Cənub Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər cəlb edilib.

Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.