Hadisə

Balakəndə itən şəxsin axtarışları aparılır

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 1950-ci il təvəllüdlü Ramazanov Süleyman Müslüm oğlunun 10.08.2018-ci il tarixində Balakən rayonunun İtitala kəndi ərazisində naməlum şəraitdə itkin düşməsi barədə məlumat daxil olub.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, FHN-dən verilən məlumata görə, bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin xilasediciləri S.Ramazanovun axtarışlarına cəlb olunub.

 

Hadisə ilə bağlı aidiyyəti dövlət qurumları məlumatlandırılıb.