Hadisə

Dənizkənarı Milli Park ərazisində dənizə düşən şəxs xilas edilib

 FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, FHN-dən verilən məlumata əsasən, dərhal hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veiblər.