Hadisə

Bakıda restoranda atışma — Yaralananlar var

http://olke.az/uploads/1554355412/gulleledi.jpg
 
Binəqədi rayonu Çeşməli restoranında yeyib-içən qohumlar arasında mübahisə düşüb, mübahisə güllələnmə ilə nəticələnib.

Kanal14.az ONA-ya istinadən verdiyi məlumatına görə, hadisə zamanı 2 nəfər xəsarət alıb. 37 yaşlı Elçin Nəbiyev əlinin deşilmiş kəsilmiş yarası diaqnozu ilə Klinik Tibbi Mərkəzə çatdırılıb, ikinci zərərçəkmiş 44 yaşlı Vəli Nəbiyev kəllə beyin travması alıb. O da KTM-ə yerləşdirilib.

Səhiyyə Nazirliyindən ONA-ya bildiriblər ki, yaralıların həyatı üçün təhlükə yoxdur.