Hadisə

Bakıda dostların mübahisəsi qanla nəticələndi

http://olke.az/uploads/1553837013/bicaqama.jpg
Nərimanov rayonunda iki dost arasında düşən mübahisə qanlı sonluqla nəticələnib.

Hadisə gecə saatlarında Nərimanov rayonunun Təbriz küçəsində baş verib. 22 yaşlı Pənahov Elvin Rasim oğlu dostu ilə mübahisə edib. Nəticədə dostu E.Pənahovun sol ayağının baldır nahiyəsinə bıçaqla xəsarət yetirib. Fakt Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsində araşdırılır.