Hadisə

Bakıda ölümlə nəticələnən yanğın hadisəsi baş verib

http://olke.az/uploads/1550259960/retyujytrert.jpg
 
Bakıda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

"Kanal14.az" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, paytaxtın Suraxanı rayonunda ümumi sahəsi 67 m² olan 3 otaqlı mənzilin mətbəxində 1 ədəd çarpayı yanıb.

Yanğının kəşfiyyatı zamanı ev sahibi 1983-cü il təvəllüdlü Kornaunov Vasiliy Dimitriyeviçin meyiti aşkarlanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.