Hadisə

Binəqədidə çoxmərtəbəli binada yanğın baş verib

Binəqədi rayonunda çoxmərtəbəli binada yanğın baş verib.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, FHN-dən verilən məlumata görə, yaşayış binasının 12-ci mərtəbəsində ümumi sahəsi 122 kv.m olan 3 otaqlı mənzilin eyvanında dolab, məişət əşyaları, pəncərə 5 kv.m sahədə və 1 ədəd məişət avadanlığı yanıb.

 

Yüksək temperaturdan yuxarı mərtəbədə yerləşən mənzilin eyvanında pəncərə qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.