Hadisə

Avtomobil elektrik dirəyinə çırpıldı — Sürücü öldü

http://olke.az/uploads/1548967330/mas.jpg
 
Avtomobili elektrik dirəyinə vuran sürücü hadisə yerində ölüb.

DİN-dən  verilən məlumata görə, yanvarın 30-da saat 23 radələrində Qəbələ rayonunun Nic qəsəbəsi ərazisində qəsəbə sakini Əzəmməd Hidayətov idarə etdiyi "VAZ-21124” markalı avtomobili elektrik dirəyinə vurub və hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.