Hadisə

Oğuzda iki maşın toqquşdu - xəsarət alanlar var (FOTO)

Oğuzda iki maşın toqquşdu - xəsarət alanlar var (FOTO)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 Oğuz rayonunda iki avtomobil toqquşub, xəsarət alanlar var.

DogruXeber.az report-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında İsmayıllı-Qaraməryəm-Şəki magistral yolunun Oğuz rayonunun Sincan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

48-BC-340 dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı avtomobillə, 36-BF-473 dövlət qeydiyyat nişanlı "VAZ-2106" markalı avtomobil toqquşub. Hadisə nəticəsində avtomobillərdə olan 3 nəfər Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.