Hadisə

Bakıda mənzildə meyit tapılıb

Bakıda mənzildə meyit tapılıb
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Bakıda mənzildə kişi meyiti tapılıb.

Bu barədə Kanal14.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir. Xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1971-ci il təvəllüdlü Qasımov Nəsimi Şahlar oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.