Hadisə

Bakıda mənzildən meyit tapıldı

http://olke.az/uploads/1554182299/meyit.jpg
 
Nizami rayonunda mənzildən 65 yaşlı kişi meyiti aşkar edilib.

 Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açaraq oradan 1954-cü il təvəllüdlü Rzayev Vaqif Fərman oğlunun meyitini aşkar ediblər. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Araşdırma aparlir.