Hadisə

Bakıda cinayətlər törədən mütəşəkkil dəstə zərərsizləşdirildi

Bakıda cinayətlər törədən mütəşəkkil dəstə zərərsizləşdirildi
 
 
 
 
 
 
 
 
 
 

 

 

 

 

 

Paytaxtın Səbail rayonu ərazisində 8-ci polis bölməsinin əməkdaşları tərəfindən 4 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Araşdırmalarla onların Bakı şəhər sakinləri Sudeyf Abbaszadə, Elfan Tağızadə, bir yeniyetmə və Qazax rayon sakini C.Namazova olduqları müəyyən edilib.

Polis əməkdaşları tərəfindən onların törətdikləri cinayət əməllərinin üstü açılıb.

Belə ki, yeniyetmənin həmin şəxslərlə birgə oktyabrın 10-da və 17-də Nərimanov rayonu ərazisində 2 evdən, oktyabrın 29-da isə Nəsimi rayonu ərazisində 1 evdən suvenirlər, pul və qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.Teleqraf.com