Gündəm / Cəmiyyət / Hadisə

"Şiş ağciyərimə yayıldı" - Tünzalə

Əməkdar artist Tünzalə Əliyeva səhhətinin daha da pisləşdiyini deyib. 

Kanal14.az bildirir ki, xərçəngdən əziyyət çəkən aktrisa şişin ağciyərlərinə yayıldığını bildirib:

 

"Hər birinizə etdiyiniz dualarınıza, narahat olduğunuza görə dərin təşəkkürümü bildirirəm. Bunu da yenəcəm... Sizin dualarınız və həkimlərin sayəsində sağalacam.

Bildiyiniz kimi əvvəl uşaqlıqboynunda bədxassəli şiş var idi. Həkimlərin sayəsində yaxşı nəticələr əldə etdik. Apreldə müayinə zamanı məlum oldu ki, böyrək damarlarımda törəmə şişlər var və 2 ay müalicə aldım. Nəticə yaxşı oldu.

Çox təəssüf edirəm ki, iki gün əvvəl müayinə nəticəsində artıq öyrəndik ki, şiş ağciyərə yayılıb. Hazırda təcili kimyaterapiya aldım. İnşallah, üçüncü ağır prosesdən də salamat çıxaram".

(Axsam.az)