Gündəm / İqtisadiyyat

Azərbaycan bu il 26 mln. dollarlıq polipropilen ixrac etdi

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 31,7 min ton həcmində polipropilen ixrac edib.Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verilən xəbərə görə, bu həcmdə polipropilenin dəyəri 26,4 mln. ABŞ dolları təşkil edib.Polipropilenin dörd ayda qeyri-neft sektoru üzrə ixracda payı 4,82% olub.

Xatırladaq ki, polipropilen "SOCAR Polymer"in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Polipropilen Zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.(Virtualaz.org)