Gündəm

Həyat yoldaşına görə damarını doğradı: vəziyyəti ağırdır

 

 

Gəncədə orta yaşlı kişi damarını kəsərək özünə xəsarət yetirib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

 

1976-cı il təvəllüdlü İbrahimov Sabir həyat yoldaşı onunla barışmadığı üçün damarını kəsib. Yaralı xəstəxanaya yerləşdirilib. 

Xəstəyə lazımi tibbi yardım göstərilib. Vəziyyətinin ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.