Gündəm

Türkiyənin artilleriya qüvvələri Suriya ordusuna zərbə endirdi

 

Bazar günü Suriyanın Ayn-İsa yaşayış məntəqəsi yaxınlığında Türkiyə və Suriya ordusu arasında toqquşma baş verib.

 

 Kanal14 "Firat-a istinadən  xəbər verir ki, Türkiyə artilleriyası Suriya ordu birləşmələrinin mövqelərinə atəş açıb.

 

Məlumata görə, zərbə nəticəsində üç zirehli maşın məhv edilib, Suriya hərbçiləri arasında ölən və yaralanan var.   

 

Artilleriya zərbələri bir gün əvvəl Ayn-İsa yaxınlığında kürd yaraqlılarının türkiyəli hərbçilərə hücumunun cavabı olaraq həyata keçirilib.