Gündəm

“Ən yüksək vəzifələrə kiminsə hesabına gələ bilərsən, amma...” - Xoşqədəm kimə söz atdı?

“Ən yüksək vəzifələrə kiminsə hesabına gələ bilərsən, amma...” - Xoşqədəm kimə söz atdı?
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 Kanal14"Yeni Sabah”-a istinadən  xəbər verir ki, aparıcı onun əleyhinə yazıların xəbərlərin  arxasında dayanan adamı tapdığını yazıb və ona söz atıb:

"Rəqabət gözəl şeydir. Daim çalışırsan, yeni ideyalar ürətirsən və s. Vay o gündən ki, qısqanclığa, paxıllığa çevrilə. Bax, onda artıq dəhşətdir. Bu gün elə bir şey eşitdim ki, rəsmən şok oldum. Mənimlə eyni  sferada olmayan insanın bəzən mənə qarşı olan haqsız yazıların arxasında durduğunu öyrəndim. Öncə "nə əlaqə?” dedim, sonra düşündüm ki, yəqin adam kreslosundan qorxur. Yenə "nə əlaqə?” dedim. Cavab tapa bilmirəm. Nə gözəl deyilib, adam olmaq cinsiyyət məsələsi deyil, şəxsiyyət məsələsidir. Ən yüksək vəzifələrə kiminsə hesabına gələ bilərsən, amma bacarıq yoxdursa, daim səndən istedadlı və bacarıqlı olanlardan qorxacaqsan”. 

Xatırladaq ki, X.Hidayətqızı şairə Nazilə Səfərli ilə qalmaqal yaşayıb. Onların işi məhkəməyə qədər gedib. Bir müddət öncə  isə  şairə Prezident İlham Əliyevə müraciət edib. O, bildirib ki, Xoşqədəm onun universitet tələbəsi olan övladlarını təqib etdirir, izlətdirir.

Maraq üçün onu da əlavə edək ki, Nazilə Səfərli bir neçə gün öncə ARB telekanalında "Ona qalsa” verilişində aparıcılıq etməyə başlayıb.