“Bir qadının sinəsi göründüyü üçün…”
Türkiyənin pop ulduzu Sertap Erener İstanbuldakı konsertində əsəbiləşib. "Kanal14.az” xəbər verir ki, buna səbəb sənətçinin səhnədə çıxışı zamanı göstərilən video-rolikdə qadının görüntülərinin bulanıq effektlərlə gizlədilməsi olub.
Çıxışı zamanı həmin kadrları görən sənətçi qəzəblənib və mövzu barədə açıqlama verib: "Bir qadının sinəsi göründüyü üçün mənim xəbərim olmadan bu filmi kəsmək böyük bir fəlakətdir. Və bunun sonu yoxdur! Bu, mənə və tamaşaçılara qarşı böyük hörmətsizlikdir. Mədəniyyət üzvlərinə senzura keçməz”./Qafqazinfo