Gündəm

Dəmirçi-Lahıc yolunda hərəkətin təhlükəsizliyi təmin olunur

Avqustun 15-dən 20-dək Şamaxı rayonu, Dəmirçi-Lahıc avtomobil yolunda təhlükəsizlik sədlərinin quraşdırılması və Pirqulu-Dəmirçi-Lahıc avtomobil yolunda üfüqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

 

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.