Gündəm / İqtisadiyyat

Bakı-Dairəvi avtomobil yolunda təhlükəsizlik sədlərinin təmiri işləri aparılacaq

Bakı-Dairəvi avtomobil yolunda təhlükəsizlik sədlərinin təmiri işləri aparılacaq.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "APA-Economics”ə verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Dairəvi avtomobil yolunda bu gün saat 14:00 –dan  axşam saatlarınadək yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılacaq.

 

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.