Gündəm

Ankarada fahişəlik edənlər saxlanıldı


Türkiyənin paytaxtı Ankarada fahişəliklə məşğul olan dəstəyə qarşı əməliyyat keçirilib.

DogruXeber.az yerli KİV-ə istinadən xəbər verir ki, Nallıhan ilçəsində baş tutan əməliyyatda 10 nəfər şübhəli şəxs saxlanılıb.

Saxlanılanlar arasında fahişəliyə cəlb olunan 4 azərbaycanlı qadın da var. Onlar ifadələri alınmaq üçün polis şöbəsinə aparılıb, sonra isə sərbəst buraxılıblar.

Digər 6 nəfərlə (F.P, F.B, L.B, H.G, S.D. və H.H.K.) bağlı cinayət işi açılıb, istintaq gedir.Virtualaz.org