Hadisə

ŞÜBHƏLİ ŞƏXS SAXLANILDI

ŞÜBHƏLİ ŞƏXS SAXLANILDI
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Kanal14.az-a verilən məlumata görə,oktyabrın 27-də səhər saatlarında şəhər sakini Səxavət Hüseynovun sağ qabırğanın alt nahiyyəsindən aldığı xəsarətlə Quba Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə  Rayon Polis Şöbəsinə məlumat daxil olub. Xəstə dərhal əməliyyat olunub.

Polis əməkdaşlarının "isti izlər”lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Bəhram Cəfərov şübhəli şəxs qismində saxlanılıb. O, araşdırma zamanı törətdiyi əməli etiraf edərək, S.Hüseynova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.

Faktla bağlı araşdırmalar aparılır.

 

Nizam Həmidov

polis leytenantı