Gündəm / İqtisadiyyat / Cəmiyyət / Sosial

Azərbaycanda maaş və pensiyalar nə qədər artacaq? - Ekspert açıqladı

Azərbaycanda maaş və pensiyalar nə qədər artacaq? - Ekspert açıqladı

"Ötən il təqaüdlər artsa da, minimum əməkhaqqı artmadı. Hazırda 345 manat olan minimum əməkhaqqının müəyyən qədər artacağı ilə bağlı gözləntilər var idi, amma olmadı. Ona görə yanvarın 1-dən minimum əməkhaqqında 10 faizlik artım gözlənilə bilər".

Bunu "Kanal14.az"a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, minimum əməkhaqqının artması ümumilikdə əməkhaqqının artmasına səbəb olacaq:

"Bu artımın 10 % civarında olacağını düşünürəm. Təqaüdlərlə bağlı bu il artım olub. Çox güman ki, 2025-ci ildə indeksləşmə baş verəcək. Orta aylıq əməkaqqının və inflyasiyanın göstəricilərinə əsasən 4-5 % civarında indeksləşmə olacağını düşünürəm. Böyük artım olacağını fikirləşmirəm. Ümumilikdə, sosial xərclərin artırılması müsbət haldır. Çox güman ki, maaşlar daha çox aratcaq.  Belə ki, cari ildə təqaüdlərə artım olmuşdu. O baxımdan maaşların təqaüdlərdən daha çox artması ehtimalı var".

Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda sosial müdafiə və sosial təminat xərclərinin 4 milyard 998 milyon manat olması nəzərdə tutulur. Bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 13,8 % çoxdur.