Gündəm / Cəmiyyət

Bakıda daha 37 yeni parklanma yeri yaradıldı

Bakıda daha 37 yeni parklanma yeri yaradıldı

Bakı küçələrində nəqliyyat şəraiti və axınlar təhlil olunaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sürücülər üçün yeni parklanma məntəqələri yaradılıb.

AYNA-dan "Kanal14.az"a bildirilib ki, Mikayıl Useynov və Aqil Quliyev küçələrində 37 yeni parklanma yeri təşkil edilib.

Şirin Mirzəyev küçəsində ödənişli parklanma məntəqələri qurulub və əlavə olaraq 6 məlumat lövhəsi quraşdırılıb. Rüstəm Rüstəmov küçəsində 2 məntəqədə ödənişli parklanma yaradılıb. Sürücülərdən həmin ərazilərdə qaydalara riayət etmələri xahiş olunur.

Parklanma yerlərinin təşkili istiqamətində işlər davam etdiriləcək.