Gündəm / Cəmiyyət / Sosial / Mədəniyyət

Nazirdən gizlədilən büdcə mənimsəməsi...

Nazirdən gizlədilən büdcə mənimsəməsi...

Faiq Xudanlı!
Mil-muğan Regional Mədəniyyət İdarəsinin müdiri olan bu şəxs barəsində məlumatlarda bildirilir ki, 2002-ci ildə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin "Fəlsəfə” ixtisası üzrə bakalavr, 2004-cü ildə "Sosial fəlsəfə” ixtisası üzrə magistr pilləsini bitirib. 2004-2005-ci illərdə Naxçıvan MR Daxili Qoşunların Xüsusi təyinatlı bölüyündə xidmət edib. 2006-2009-cu illərdə AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun aspirantı olub. Əmək fəaliyyətinə 2009-cu ildə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzdə İnformasiya bölməsinin müdiri kimi başlayıb. 2009-2011-ci illərdə Bakı Dövlət Universitetində akademik məsləhətçi, 2011-2021-ci illərdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Aparatında müxtəlif vəzifələrdə çalışıb. 2021-2023-cü illərdə Kürdəmir Regional Məədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edib. 03.07.2023-cü il tarixindən Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsində çalışır. 2015-2016-cı illərdə Azərbaycan Dillər Universiteti, 2018-2021-ci illərdə Bakı Dövlət Universitetində pedaqoji fəaliyyət göstərib. 2016-cı ildə Çin Xalq Respublikası, Harbin Ticarət Universiteti və Heilojianq Universitetinin təşkil etdiyi Avropa və Asiya ölkələri üçün turizm idarəetməsi və inkişafı üzrə seminarı uğurla bitirib.

Gördüyünüz kimi mədəniyyət sahəsində heç bir təhsili olmasa da daha çox iş stajını bu sahədə toplayıb və vəzifəcə yüksəlib. Belə olan halda adamın ağlına gələn ilk fikirin Faiq bəyin "daydayı"nın məhz mədəniyyət sahəsində məsul vəzifədə çalışdığı ehtimalıdır.

Dövrümüzdə kimsənin himayədarı olmadan, dişlə-dırnaqla çalışıb, hər hansı bir vəzifəyə təyin olunması, üstəlik vəzifəsinin yüksəlməsi mümkün deyil, hələ Faiq Xudanlı kimi fəaliyyətində xeyli çatışmazlıqlar və qanunsuzluq halları varsa, ümumiyyətlə fəaliyyətini davam etdirməsi də mümkün olmazdı.

"DogruXeber.az" olaraq dəfələrlə mədəniyyət sahəsindəki çatışmazlıqlar və qanunsuzluq halları barəsində məlumatlar yayımlamışıq. Eləcə də İmişli rayon mədəniyyət evi və mərkəzi kitabxanası barəsində redaksiyamıza bəzi məlumatların daxil olduğundan bəhs etmişdik. Hətta, həmin məlumatlarla bağlı Faiq Xudanlıya zəng edib, onun da fikrini öyrənməyə çalışmışdıq. Lakin, səmimi ünsiyyətlə rahatlıqdan doğan təkəbbürü qısa dialoqa sığdırmağa çalışan Faiq bəy rəsmi sorğu göndərməyimizi rica etdi. Biz belə də etdik - aylar öncə Mil-muğan Regional Mədəniyyət İdarəsinə rəsmi sorğu göndərdik. Amma, deyəsən qeyd etdiyimiz məlumatlar Xudanlının söz ehtiyatını tükətdi deyə hələ də cavab verməkdə çətinlik çəkir.

Qeyd edək ki, göndərdiyimiz sorğuda, İmişli rayonunda istifadəsiz, baxımsız qalan, sənəd üzərində isə bir neçə işçiləri olan rəsm qalereyası, divarları, döşəmələri, tavanı ovulub tökülən, amma təmiri üçün kağız üzərində müəyyən məbləğ sərf olunan mərkəzi kitabxana, eləcə də mədəniyyət evi, həmçinin mədəniyyət evində adı kağız üzərində müəllim kimi qeyd edilib, özləri evdar olan, bazarda, yaxud digər sahələrdə çalışan şəxslərin bəzilərinin adları çəkilərək, bütün bunlar barəsində Xudanlının mövqeyi soruşulurdu.

Hətta, daxil olan məlumatlar arasında həmin şəxslərin maaşlarının Xudanlı ilə hansı formada bölüşdürülməsi barədə də məlumat yer alır.

Bildiririk ki, Mil-muğan Regional Mədəniyyət İdarəsinin cavabsız qoyduğu məsələlər barəsində tərəfimizdən aidiyyatı üzrə Mədəniyyət nazirliyinə göndərilməsi üçün rəsmi sorğu hazırlanır.

Araşdırmalarımız davam etdirilir. Ətraflı məlumatlar və faktlar qarşıdakı günlərdə portalımızda dərc olunacaq.

Bizi izləməkdə davam edin.

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az