Gündəm / Siyasət

Azərbaycanda və Özbəkistanda müvəqqəti işləyənlərin əmək fəaliyyəti ilə bağlı Saziş təsdiqləndi

Azərbaycanda və Özbəkistanda müvəqqəti işləyənlərin əmək fəaliyyəti ilə bağlı Saziş təsdiqləndi

"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Özbəkistan Respublikası ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Özbəkistan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və hüquqlarının müdafiəsi haqqında Saziş” təsdiqlənib.

"Kanal14.az"ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə tapşırılıb və Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilib ki, Saziş qüvvəyə mindikdən sonra onun müddəalarının həyata keçirilməsini təmin etsin. Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Özbəkistan Respublikası Hökumətinə bildiriş göndərməlidir.