Gündəm / Cəmiyyət / Hadisə / Sosial

Əlli mindən çox susuz sakinlərin "səbr kasaları daşdı"

İki gün əvvəl  "DogruXeber.az" informasiya agentliyində iki gündür susuz qalan və  Qaradağ Rayon Müşfiqab qəsəbə, eləcə də Qaçqın şəhərciyi sakinlərinin redaksiyamıza müraciətini yayımlamışdıq.

Dərc etdiyimiz materialda isə sakinlərin etiraz aksiyası keçirmək istədiklərini diqqətə çatdırmışdıq.

Redaksiamıza verilən məlumata görə 28 May qəsəbəsinin sakinləri  Bakı-Şamaxı magistral yoluna çıxaraq, 3 gün susuz qaldıqlarına görə etiraz aksiyası keçiriblər. Amma, deyir, "Sən saydığını say, gör qurum nə sayır".

Artıq, 4-5 gündür susuz qalan və aidiyyatı qurumdan  çarə görməyən Qaradağ sakinləri "Əbəlfəz ağaya məktub yazmaq" qərarına gəliblər, amma o, da yarımçıq qalıb. Axı inanca görə məktubu "axar su ilə göndərmək" lazım gəlir.

Demək ki, yenə iş başa düşür. Bugün-sabah sözügedən ərazinin sakinləri canlı yayımlarda ölkə başçısına üz tutsalar təəccüblənmərik. Amma,  işin təəccüblü tərəfi budur ki, bu problemi də prezident özü həll etməlidirsə, bəs Zaur Mikayılov nəyə lazımdır?

Dövlət büdcəsinə qənim olmaq üçünmü?

Yox bunu təkcə onun hər ay əmək sərf etmədən aldığı filan qədər əmək haqqına görə demirik. Tez-tez  imzalanan, amma gözlə görünən bir nəticəsi olmayan tender müqavilələri, üstəlik dövlət büdcəsindən bu sahəyə ayrılan milyonlarla vəsaitlər, hələ bu da azmış kimi işə götürmək adı ilə rüşvət alınan vətəndaşlar, başqalarını gözlədərək birinci onun təsərrüfatına su vermək qarşılığında fermerlərdən alınan rüşvət, eləcə də  dövlət əmlaklarının günlük  icarəyə verilməsi, nasaz texnikaların güya təmiri üçün büdcədən pul silinmələri və sair.... və sair...

Qeyd edək ki, saymaqla bitməyən bu siyahı barəsində dəqiq məlumatlar və faktlar zaman-zaman "DogruXeber.az" informasiya portalımızda və agentliyimizin tabeliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalında  bu sahədən narazı olan, su əldə etmək üçün ondan rüşvət tələb olunan vətəndaşların, həmçinin Su Ehtiyatları Agentliyinin özünün haqsızlığa dözməyən çalışanlarının təqdimatında yayımlanıb.

"Çörəyi sudan çıxan" DSEA-nin başda rəhbəri Zaur Mikayılov olmaqla, səlahiyyət sahibi olan bir çox nümayəndələrinin vətəndaşlara qarşı bu qəddarlıq və aqressiyanın səbəbi isə hələ də müəmmalıdır.

Bu gedişlə mövzunu hələ davam etdirəcəyik.

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az