Məsələ ilə bağlı Göyçay rayon Su İdarəsindən "Kanal14.az"a bildirilib ki, işığı kəsilən artezianlar işləmədiyinə görə su anbarları boşalıb, əhaliyə su vermək olmur. İşıq yandıqdan sonra insanlar bir neçə saat artezianların işləməsini, su anbarlarının dolmasını və sonra şəhərə su veriləcəyini gözləməli olacaq. Su idarəsindən qeyd edilib ki, əhaliyə içməli su bu gün axşamadək veriləcək. 


 "Azərsu" ASC-nin məlumatına görə, Göyçayda külək və yağışa görə baş vermiş qəza ilə əlaqədar olaraq su təchizatı dayandırılıb.

"Hal-hazırda su xətti açılıb. Sistemdə təzyiq normallaşan kimi əhaliyə suyun verilişi tam şəkildə olacaq. Müvəqqəti narahatlığa görə üzr istəyirik".