Gündəm / Siyasət / Dünya

"Qafqazda vəziyyət gərgindir" - Borrell


Qafqazda vəziyyət gərgindir.

"Kanal14.az" xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Josep Borrell bildirib.

O, Aİ-nin Avropa Sülh Fondundan Ermənistana 10 milyon avro ayrılması və Ermənistanla viza rejiminin liberallaşdırılması üzrə dialoqa başlamaq üçün "yaşıl işıq yandırmaq” qərarlarını şərh edib: "Bu iki qərarı Ermənistan çoxdan gözləyirdi. Mən çox şadam ki, bunu yay tətilinə qədər nəhayət razılaşdırmaq olar, çünki Qafqazda vəziyyətin nə qədər gərgin olduğunu bilirsiniz. Bu, bizim Ermənistanla tərəfdaşlığımızı gücləndirəcək".