Gündəm / Hadisə

Keniyada daşqında azı 13 nəfər ölüb

Keniyada daşqında azı 13 nəfər ölüb

Keniyada daşqında azı 13 nəfər ölüb, 15 min nəfər təxliyə olunub.

"Kanal14.az” xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) məlumat yayıb.

Güclü yağışların yaratdığı təbii fəlakət həmçinin infrastrukturun zədələnməsinə, yolların su altında qalmasına, mal-qaranın tələf olmasına səbəb olub.

Keniyada martın ikinci yarısında başlayan uzun sürən yağış mövsümü may ayının sonunadək yağacaq. Keniya Meteorologiya Departamentinin məlumatına görə, leysan aprelin 15-dək ölkənin əksər hissəsində davam edəcək.